Cəlilabadda məktəb qəzalı vəziyyətdə: nazirlik qurumlara müraciət etdi – FOTObackend

Cəlilabadda məktəb qəzalı vəziyyətdə: nazirlik qurumlara müraciət etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda qəzalı vəziyyətdə olan məktəblə bağlı aidiyyəti qurumlara müraciət olunub.

İnterPress.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyini məlumat yayıb.Məlumatda qeyd edilir ki, Cəlilabad rayonu Muğan kənd orta məktəbində təhsil prosesi davam etməkdədir:

“Şagirdlər təxliyyə edilməyib. Hazırda məktəb qəzalı vəziyyətdədir. Təhsil ocağının təmir olunması 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına salınıb, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub”.

Qeyd edək ki, Cəlilabad rayon Muğan kənd orta məktəbinin qəzalı vəziyyətdə olması barədə mətbuatda məlumat yayılıb. Məktəbin müəllimləri və valideynlər təhsil ocağının təmiri üçün Təhsil Nazirliyindən kömək istəyiblər.

Cəlilabadda məktəb qəzalı vəziyyətdə: nazirlik qurumlara müraciət etdi - FOTO

Cəlilabadda məktəb qəzalı vəziyyətdə: nazirlik qurumlara müraciət etdi - FOTO

İnterPress.az