Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyubbackend

Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2018-ci ilin dekabr ayında sutkada 10,739 mln. barel neft hasil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,1% çoxdur.

İnterPress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla ölkə neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dekabrda sutkalıq hasilatını 4,1% artıraraq 10,643 mln. barelə çatdırıb.

ABŞ isə hesabat dövründə aylıq müqayisədə 0,3% azalma ilə 11,658 mln. barel neft hasil edib.

İnterPress.az