18 ildə 626 milyonbackend

18 ildə 626 milyon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Lion” klubu transferdə tarixi uğur əldə edib.

İnterPress.az xəbər verir ki, Liqa 1 təmsilçisi 2000/01 mövsümündən bu yana futbolçu transferindən 626,47 milyon avro qazanıb.

“Lion”un son 18 ildə ən bahalı satışı “Arsenal”a olub. Belə ki, “topçular” 2017/18 mövsümündə 53 milyon avro qarşılığında “Lion”dan Aleksandr Lakazetti heyətinə qatıb.

İspaniyanın “Real” klubu isə bu müddət ərzində fransızlardan 3 futbolçu almasıyla diqqət çəkib. “Kral klubu” Kərim Benzema üçün 35, Lassana Diarra üçün isə 25 milyona avro ödəyib. Madrid təmsilçisinin “Lion”dan son transferi isə Mariano Dias olub. “Real” forvard üçün 21 milyon avro ödəyib.

“Lion” 2000/01 mövsümündən bu yana, “Çelsi”, “Bavariya”, “Barselona”, “Arsenal”, “Real”, “Monako” və “Roma” kimi klublara futbolçu satıb.(unikal)

İnterPress.az