AAYDA : Bütün istiqamətlərdə nəqliyyatın hərəkəti təmin edilibbackend

AAYDA : Bütün istiqamətlərdə nəqliyyatın hərəkəti təmin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hava şəraiti ilə bağlı avtomobil yollarındakı son vəziyyət açıqlanıb.

İnterPress.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolu – Yolun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəyif qar yağır. Havanın temperaturu müsbət 2-4 arası müşahidə olunur, hərəkət təmin olunur.

Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, hava temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənib, qum-duz səpilib. Hava temperaturu müsbət, dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

Bakı – Qobustan yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda qar yağır, şaxta yoxdur, yol qardan təmizlənib, qum-duz səpilib və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

Muğanlı – Ağsu – Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul – Ucar – Yevlax – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə – Qazax – Gürcüstanla dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Muğanlı – İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Oğuz – Qəbələ – Şəki yolunda qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstanla dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Ələt – Astara – İranla dövlət sərhədi avtomobil yolunda yağış yagır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Masallı – Yardımlı yolunun Masallı rayonunda keçən hissəsində yağış yagır, Yardımlı rayonunda keçən hissəsində qar yağır, şaxta yoxdur , nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lənkəran rayonundan keçən hissəsində yağış yagır, Lerik rayonundan keçən hissəsində qar yağır, şaxta yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun Hacıqabul – Sabirabad – Saatlı hissəsində hissələrlə yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

İnterPress.az