Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilibbackend

Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, Ukraynada ilk dəfə olaraq Xocalı soyqırımı Beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə beynəlxalq səviyyəyə çıxardılmışdır

Azərbaycanın Ukraynadakı səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamenti və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı və DiasporPress.Az saytının informasiya dəstəyi ilə keçirilən seminarda Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, Ukrayna hərbiçiləri, yüksək rütbəli şəxsləri, diaspor təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk ötən əsrin 90-cı illərində Azərbaycan ərazisində xidməti zamanı SSRİ rəhbərliyinə Ermənistanın işğalçılıq siyasətinə dair müraciəti haqqında məlumat verib. O müraciətində ermənilərin əməlləri barədə məlumat verib, Ermənistanı insanlığa və bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.

General ermənilərə qarşı sərt və şiddətli çıxışı ilə fərqlənib və seminar üzvləri arasında geniş müzakirəyə, dəstəyə səbəb olub.

Xocalı soyqırımının artıq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarının tanıdığını qeyd edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov çıxışında

Ermənistanın Azərbaycana qarşı tarixən apardığı soyqırım siyasəti barədə məlumat verib.

Tədbirdə çıxış edən “Lvov Politexnik” Milli Universitetinin prorektoru Oleq Matviykiv,UNESCO nun nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti , ehtiyatda olan general-leytenant Vasil Tarçineç, Xocalı soyqırımı şahidi, ukraynalı pilot, polkovnik Leonid Kravets, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin rəhbəri Şəhriyar Məhərrəmov, Ukrayna Millətlər Assambleyasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Kobqresinin sədri Rövşən Tağıyev Konqresin Lvov şəhər təşkilatının sədri Teymur Məmmədov Xocalı soyqırımına dair faktlara toxunublar. Bildirilib ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının günahkarları öz layiqli cəzasını almalıdır. Vuğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədilib.

Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin Lvov üzrə nümayəndəsinin müavini Zinoviy Qoşovskıy də iştirk edib və seminar UNESCO-nun Ukraynadakı təmsilçiləri tərəfindən dəstəklənib. Sonda tədbir iştirakçılarını xüsusi diplomla təltif olunublar.

Qeyd edək ki, seminar Azərbaycanın Ukraynadakı səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib

Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib

Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib