Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Dəbin atası” Karl Laqerfeld öldü

Dünya şöhrətli dizayner Karl Laqerfeld vəfat edib.

Dərc edilib: 19 fevral 2019 [16:13]
Baxış sayı: 6672

Dünya şöhrətli dizayner Karl Laqerfeld vəfat edib.

İnterPress.az xəbər verir ki, “Chanel” moda evinin dizayneri 85 yaşında dünyasını dəyişib.

K.Laqerfeldin ardıcıl olaraq bir neçə həftə səhhətində problemlər yaranıb. Məşhur dizayner ilk dəfə “Chanel”in dəb gecəsində qonaqlar qarşısına çıxa bilməyib. Səbəb isə “dəbin atası”nın həddən artıq yorğun olması olub.

Qeyd edək ki, Karl Laqerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Laqerfeldin ailəsində anadan olub. Valideynlərinin axırıncı evliliyindən olan son övladdır. 1952-ci ildə o, Paris şəhərinə gəlib. Parisdə Yüksək Moda Məktəbi Sindikatında təhsil alıb. 1955-ci ildə Karl Beynəlxalq Yun Sekretariatının təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə öz birinci mükafatını alıb.

Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışıb. 1959-cu ildə Almaniyanın Hamburq şəhərində və Parisdə yaşayıb və orada fəaliyyət göstərib. 1980-ci illərin əvvəllərində özünə aid ərtiyyat və geyim əşyasını çıxararaq markasını tanıdıb. İşlədiyi illərdə “Chloé”, “Fendi” və “Chanel” kimi büyük moda evləri ilə birlikdə çalışıb. 2004-cü ildə markası “KL Tommy Hilfiger”ə satılıb.

“Dəbin atası” Karl Laqerfeld son illərdə “Chanel” brendi ilə çalışaraq, bahalı və dəyərli sənət əsərləri (geyimlər) yaradıb.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116