“Azərsu”nun sabiq əməkdaşına hökm oxunubbackend

“Azərsu”nun sabiq əməkdaşına hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb.

İnterPress.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, \”Azərsu\”nun sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hazırlıq iclasında o, məhkəmə zalında həbs olunub.(report)

İnterPress.az