Azərbaycan və Çeçen rəsmilər bir araya gəldi-ÖZƏLbackend

Azərbaycan və Çeçen rəsmilər bir araya gəldi-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az DiasporPress.Az -a istinadən məlumat verir ki, Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentlə bağlı Moskvada yerləşən \”Prezident” oteldə Rusiyadakı Azərbaycan bə Çeçen icması bir araya gəlib.

Görüşdə iştirak edən hər iki millətin nümayəndələri Azərbaycanlılar və Çeçenlər arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar. \”Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Birlikdə işləyir, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar və təxribatlara uymasınlar\” – çeçen nümayəndələrdən biri deyib.

Görüşdə Azərbaycanın Rusiyadakı Fövqaladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu və Çeçen rəsmiləri iştirak ediblər.

Görüşlə bağlı ətraflı məlumat veriləcək.

İnterPress.az