Məktəblərdə psixoloq ştatı ləğv edilə bilər? – Milli Məclisdə müzakirəbackend

Məktəblərdə psixoloq ştatı ləğv edilə bilər? – Milli Məclisdə müzakirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilə bilər.

İnterPress.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəsi zamanı məlumat verib.

Komitə sədri bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

İ. Həbbibəyli sonra deyib ki, təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda isə bu rəqəm 20-dir.

Bundan başqa, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə ödənişli təhsil xidmətləri ilə məşğul ola bilər. Bundan başqa yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən gəlir əldə edə bilər.

Komitə sədri məruzəsində məktəblərdə psixoloqlarla bağlı məsələyə də toxunaraq deyib ki, bəziləri bunun ləğvini təklif edirdilər:

“Onlar orta məktəblərdə psixoloqlara ehtiyac olmadığını bildirirdilər. Amma bəziləri də belə hesab edirdilər ki, əksinə, psixoloqların sayının daha çox artırılmasına ehtiyac duyulur. Biz də komitə olaraq, hesab etdik ki, psixoloqlara ehtiyac var, onların ləğvi, sayının azaldılması düzgün deyil”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

İnterPress.az