Yalçın Topçu: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edirbackend

Yalçın Topçu: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

İnterPress.az-ın məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:

“Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.

Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.(trend)

İnterPress.az