Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandıbackend

Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.(trend)

İnterPress.az