Bəhruz Quliyev: AXCP və “Milli Şura”da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlarbackend

Bəhruz Quliyev: AXCP və “Milli Şura”da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP və \”Milli Şura\”da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar.

İnterPress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında \”Səs\” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, son vaxtlar müxalifətin tamamilə siyasətdən kənar və cəmiyyətə layiq olmayan davranışlarının qarşısı məhz xalq tərəfindən alınmalıdır: \”Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu günlərdə dərc olunan məqaləsi belə deməyə əsas verir. Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də ciddi fiaskoya uğramaqda davam edəcəklər. Daha dəqiq desək, xalq-iqtidar birliyi dağıdıcı təfəkkürə malik müxalifətin uğursuzluğunu daha açıq şəkildə göstərir\”.

Ekspert bildirib ki, bu gün istər AXCP, istərsə də \”Milli Şura\” kimi qurumlarda toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən, inqilabi islahatlardan təlaşlanır, ciddi şəkildə narahat olmağa başlayırlar:

\”Əbəs deyil ki, istər buradakı siyasətbazlar, istərsə də onların xarici ölkədəki havadarları bu cür \”fəallaşmaqla\” Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgiləyirlər. Eyni zamanda, hakimiyyət komandasının dövlətin mövqeyinin vahid şəkildə, xalqla birlikdə dəstəkləməsi radikal və dağıdıcı təfəkkürlü müxalifətin öz məğlubiyyətini etiraf etməsi ilə nəticələnir. Yəni əldə edilən uğurlara qarşı müxtəlif cəhdlər olursa, bunun özü məğlubiyyətin etirafı kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, istər Əli Kərimli, istər Cəmil Həsənli, istərsə də digər milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də ciddi fiaskoya uğramaqda davam edəcəklər. Onlar xalq-iqtidar birliyi qarşısında öz cılız siyasətlərini yürüdə bilməyəcəklər. Güclü dövlət, güclü xalq amili məhz bu cür düşünməyə zəmin yaradır\”.

B.Quliyevin fikrincə, bu, həm də bir reallıqdır ki, dövlətimizin əldə etdiyi nailiyyətlər, həm beynəlxalq arenada, həm də daxili siyasətdəki uğurlu nəticələr radikalizmin, milli xəyanətin və bu xəyanətdə iştirak edən bir qrup insanın qarşısını kəsməkdədir: \”O cümlədən xalqımız dövlətinin və Prezidentinin yanında olmaqla, xəyanətkarların, anti-Azərbaycan qüvvələrinin fəallaşmasına imkan vermir. Xalqımız öz müdrikliyi ilə bundan sonra dövlət başçısının ətrafında daha sıx birləşəcək. Bundan hər kəs əmin olmalıdır”.

İnterPress.az