Tovuzda yük maşını aşıb, yol qısamüddətli bağlanıbbackend

Tovuzda yük maşını aşıb, yol qısamüddətli bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda yol qəzası baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə Tovuz-Qalaboyun avtomobil yolunda qeydə alınıb.

Belə ki, \”KamAZ\” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb və yük yerindəki mişar daşları yola dağılıb. Nəticədə 9 kəndi birləşdirən avtomobil yolu iki saata yaxın bağlı qalıb. Mişar daşları sakinlər tərəfindən kənara daşındıqdan, yük maşını isə qaldırıcı kranla götürüldükdən sonra yolu açmaq mümkün olub.

Qəza zamanı sürücü özünü kabinədən atdığından ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az