Misirdə 16 terrorçu öldürüldübackend

Misirdə 16 terrorçu öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında baş verən atışmada 16 terrorçu öldürülüb.

İnterPress.az xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, iki ayrı-ayrı məntəqədə gizlənən terrorçular Sinay yarımadasının şimalındakı Ariş şəhərində yerləşən obyektlərə silahlı hücum planlaşdırıblar. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar nəticəsində onlardan 16-sı məhv edilib.

Ötən həftənin cümə günü terrorçuların silahlı hücumu nəticəsində Misir təhlükəsizlik qüvvələrinin 15 hərbçisi həlak olmuş və yaralanmışdı.(yenicag)

İnterPress.az