Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Mübariz tək mübariz ol!” layihəsi çərçivəsində təlimlər sona çatdı - FOTOLAR

“Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsi çərçivəsində təlimlər sona çatıb.

Dərc edilib: 19 fevral 2019 [15:05]
Baxış sayı: 4357

İnterpress.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Biləsuvar rayonunda icrasına start verilmiş “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsi çərçivəsində təlimlər sona çatıb.

Təlimlər zamanı ilk olaraq Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yolu barədə danışılıb. Daha sonra isə mini futbol qaydaları haqqında detallı məlumat verilərək yarışların keçirilməsi barədə əsasnamə təqdim olunub. Təlimlərdə iştirak edən komanda rəhbərləri və kapitanların əsas vəzifələri oyun haqqında əldə etdikləri praktik və nəzəri bilikləri komanda üzvlərinə təcrübi şəkildə çatdırmaqdır.

Onu da qeyd edək ki, təlimlərdən sonra layihənin 3-cü mərhələsinə – mini futbol üzrə rayon çempionatının keçirilməsi işlərinə artıq start verilib.

Məlumat üçün onu da bildirək ki, layihənin əsas məqsədi: Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır.

Layihənin icrasına 28 dekabr 2018-ci il tarixində start verilmiş və 28 mart 2019-cu il tarixinə kimi davam edəcəkdir. Layihənin növbəti mərhələsi olaraq 8 kənd məktəbi komandaları arasında mini futbol üzrə rayon çempionatı təşkil olunacaqdır.
“Mübariz tək mübariz ol!” layihəsi çərçivəsində təlimlər sona çatdı - FOTOLAR

“Mübariz tək mübariz ol!” layihəsi çərçivəsində təlimlər sona çatdı - FOTOLAR

“Mübariz tək mübariz ol!” layihəsi çərçivəsində təlimlər sona çatdı - FOTOLAR

“Mübariz tək mübariz ol!” layihəsi çərçivəsində təlimlər sona çatdı - FOTOLAR






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116