İsveçrədə dəhşətli qar uçqunu – İtkin düşənlər varbackend

İsveçrədə dəhşətli qar uçqunu – İtkin düşənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 19-da İsveçrənin Krans Montana qəsəbəsi yaxınlığında yerləşən xizəksürmə mərkəzində bir neçə nəfər qar uçqunu altında qalıb.

İnterPress.az xəbər verir ki, əniz səviyyəsindən 3000 metr yüksəkdə baş verən faciə nəticəsində qar uçqunu xizəksürmə zolaqları istiqamətində hərəkət edib və həmin ərazidəki insanlar qar altında qalıblar.

Şəhər meri Nikol Fero təxminən 12 nəfərin uçqun altında qaldığını söyləyib.

Hazırda qar uçqunu altında qalmış şəxslərin axtarışı və xilas edilməsinə İsveçrə ordusunun əsgərləri cəlb olunub.

Son günlərdə havaların istiləşməsi Alp dağlarında qar uçqunu təhlükəsini artırıb.

İnterPress.az