İqtisadiyyat naziri Qazaxıstan səfiri ilə görüşübbackend

İqtisadiyyat naziri Qazaxıstan səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevlə görüşüb.

İnterPress.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrın uğurla inkişaf etdiyi, yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İnterPress.az