Bakıda üç qəza, yaralılar varbackend

Bakıda üç qəza, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az xəbər verir ki, 1957-ci il təvəllüdlü piyada Bayramova Əzizə yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır.

Analoji hadisə Bakının Qaradağ rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Eyvazlı Ədalət Hikmət oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən avtomobillə vurulub.

Yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Xəzər rayonu, Zirə qəsəbəsində də qəza qeydə alınıb. 1982-ci il təvəllüdlü Hacıyev Samir Vaqif oğlu içkili vəziyyətdə maşını idarə edib və qəza törədib. Nəticədə, o, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Hər üç faktla bağlı araşdırma aparılır.

İnterPress.az