Ramil Şeydayev Aleksandr Səmədov barədə danışıbbackend

Ramil Şeydayev Aleksandr Səmədov barədə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Biz iki təlim-məşq toplanışı keçərək yaxşı çalışdıq. Çempionatın bərpasına on gündən bir az çox vaxt qalıb. Qarşıda daha bir yoxlama oyunu var. Vurulan qollara gəldikdə, onlar da olacaq. Mövsümün ikinci yarısında daha çox fərqlənəcəyimizə ümidvarıq\”.

İnterPress.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın \”Krılya Sovetov\” komandasının mövsümün ikinci yarısına hazırlıqlarını dəyərləndirərkən deyib. 23 yaşlı hücumçu mövsümün ilk yarısında az qol vurmalarını belə əsaslandırıb: \”Demək çətindir. Hardasa bəxtsizlik olub, hardasa daha çox müdafiədən oynamışıq\”.

Yeni transferlərdən də danışan Şeydayev əslən azərbaycanlı Aleksandr Səmədov barədə də fikirlərini bölüşüb: \”Yeni gələnlər təcrübəli oyunçulardırlar. Bəziləri Çempionlar Liqasında çıxış ediblər. Aleksandr Səmədov dünya çempionatında Rusiya yığmasının formasını geyinib. Təzə uşaqlardırlar, əlbəttə, bizə kömək edəcəklər. Fikrimcə, belə futbolçularla bütün məsələlərimizi həll edəcəyik. Ən əsası, hamımız 100 faizlik köklənməliyik. Bu halda komanda olaraq, daim yaxşı çıxış edəcəyik\”.

Qeyd edək ki, Rusiya Premyer Liqasında 16 turdan sonra \”Krılya Sovetov\” 17 xalla 13-cü pillədə qərarlaşıb.(report)

İnterPress.az