Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Stounhencin sirri açılır - Mavi daşların karxanasında araşdırma

London Universitet Kollecinin alimləri Stounhencin (Stonehenge - İngiltərədə təxminən 2500 il əvvəl inşa edilmiş abidə - red.) inşası üçün mavi daşların çıxarıldığı karxananı araşdırıb

Dərc edilib: 20 fevral 2019 [11:19]
Baxış sayı: 9621

London Universitet Kollecinin alimləri Stounhencin (Stonehenge - İngiltərədə təxminən 2500 il əvvəl inşa edilmiş abidə - red.) inşası üçün mavi daşların çıxarıldığı karxananı araşdırıb. Onlar monolitlərin hansı şəkildə hasil edildiyini öyrənməyə çalışıb.

İnterPress.az xəbər verir ki, bu barədə “EurekAlert!”də məlumat dərc olunub.

Tədqiqatçılar müəyyən edib ki, yataq bir növ təbii şəkildə formalaşmış dolerit (maqmatik dağ süxuru növü - red.) sütunundan ibarətdir.

Qədim Misirin obelisklərindən (sütun şəklində daş abidə - red.) fərqli olaraq, onları arakəsmələrə döyəcləməklə qayadan asanlıqla ayırmaq olub.

Karxananın divarlarından çıxarılmış, emal olunmamış monolitlər daş və ya torpaq platformalara endirilib. Pazlar isə dolerit sütunların ehtiyatsızlıqdan zədələnməməsi üçün yumşaq formalı argillitdən hazırlanıb.

Karxanada aşkarlanan daş kömürün qalığı alimlərə həmin yataqdan eramızdan 3000 il əvvəl istifadə olunduğunu müəyyən etməyə imkan verib. Bu isə Stounhencin inşa olunduğu ehtimal edilən təqvimlə üst-üstə düşür.

Karn Gedok vadisi yaxınlığında riolit yatağı da aşkarlanıb. Bu dağ süxurundan isə kromlexin (şaquli düzülmüş daşlardan ibarət qədim tikili - red.) tikintisində istifadə olunub.

Alimlər əmindir ki, Stounhenc əvvəllər cilalanmamış mavi daşlardan ibarət kromlex şəklində olub. 20 metr diametrli halqa əmələ gətirən nəhəng sarsen daşları isə təxminən 500 il sonra gətirilib.

Tədqiqatçılar dolerit mənşəli monolitlərin dəniz yolu ilə gətirildiyi versiyasını təkzib edib.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 145