Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıbbackend

Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin yanvar ayında Azərbaycana 18 mln. 465,35 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

İnterPress.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən ölkəyə 955,27 ton həcmində əczaçılıq məhsulları gətirilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar ayında Azərbaycana 13 mln. 61,12 min dollar dəyərində, 844,89 ton həcmində əczaçılıq məhsulu idxal olunub.

Yəni bu ilin yanvar ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı çəki ifadəsində 13,1%, dəyər ifadəsində 41,4% artıb.

Ümumilikdə, 2018-ci ildə Azərbaycana 290 mln. 184,22 min dollar dəyərində 16 min 933,78 ton əczaçılıq məhsulu idxal edilib.

İnterPress.az