Suares sonuncu dəfə 2015-ci ildə qol vurubbackend

Suares sonuncu dəfə 2015-ci ildə qol vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”la qarşılaşan “Barselona” evə qolsuz bərabərliklə dönüb. Bununla kataloniyalıların hücumçusu Luis Suares növbəti dəfə meydanı qolsuz tərk edib.

Uruqvaylı forvardın xüsusən səfər görüşlərindəki göstəricisi ürəkaçan deyil. Təsadüfi deyil ki, Suares ÇL-də ardıcıl 16-cı səfər matçından əliboş dönüb. O, axırıncı dəfə 2015-ci ilin sentyabrında “Roma” ilə İtaliyadakı qarşılaşmada fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 13-də “Nou Kamp”da keçiriləcək.(qafqazinfo)

İnterPress.az