Azərbaycanlı şahmatçıların da olduğu hoteldə bomba həyəcanıbackend

Azərbaycanlı şahmatçıların da olduğu hoteldə bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada start götürən ənənəvi “Aeroflot Open” şahmat turniri dünən yarımçıq saxlanılıb.

İnterPress.az xəbər verir ki, yarış başladıqdan 45 dəqiqə sonra dayandırılıb.

Buna səbəb yarışın keçirildiyi “Kosmos” hoteldə bomba olmasına dair anonim zəngin daxil olmasıdır. Bu səbəbdən ticarət mərkəzləri, kinoteatrlar, teatrlar, dəmiryolu stansiyaları, eləcə də, “Kosmos” hotelindəki 10 mindən çox insan təxliyyə edilib.

Hoteldəki insanlar yaxınlıqdakı məktəbə köçürülüb. Şahmatçılar isə başladıqları partiyaları yarımçıq qoymağa vadar edilib. Lakin hoteldə heç bir bomba tapılmayıb. Hotel müştəriləri geri qaytarılıb.

Onu da bildirək ki, bu hoteldə bomba olduğuna dair 2015-ci ilin noyabrında da yalançı bomba həyəcanı verilmiş və heç bir partlayıcı maddə tapılmamışdı.

Qeyd edək ki, həmin yarışda Azərbaycanın səkkiz şahmatçısı (altı oğlan, iki qız) iştirak edir. Bu gün ilk turun oyunları keçiriləcək.

İlk turda A qrupunda mübarizə aparan Rauf Məmmədov Semyon Lomasovla (Rusiya), Eltac Səfərli Aram Hakobyanla (Ermənistan), B qrupunda Vüqar Əsədli Ruslan Yandarbiyevlə (Rusiya), Məhəmməd Muradlı Kartikeyan Acayla (Hindistan), Xanım Balacayeva Kaiyu Ninqlə (Çin), Ülviyyə Fətəliyeva Kirill Kozyonovla (Rusiya), Aydın Süleymanlı Maksim Luqovskoyla (Rusiya) və Read Səmədov Teca Krişna (Hindistan) ilə qarşılaşacaq.

İnterPress.az