Rusiyada miqrantların vəziyyəti çətinləçəcəkbackend

Rusiyada miqrantların vəziyyəti çətinləçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qanuna görə vaxtı bitsə də 360 gün müddətində Rusiyanı tərk etməyən əcnəbilər və vətəndaşlığı olmayanlar 10 il müddətinə ölkəyə girə bilməyəcəklər.

Həmin müddət 120 gün olarsa 3 il, 270 gün olarsa isə 5 illiyinə departasiya ediləcək.

Rusiya Federal Miqrasiya Şurasının sədri Konstantin Romodanovskiy bəyan edib ki, 734 mindən çox əcnəbi ölkədən 270 gündən artıqdır qanunsuz qalırlar. 28 min nəfərdə isə bu müddət artıq 360 günü ötüb.

Son iki ildə Rusiya 1,2 milyon əcnəbiyə qapılarını bağlayıb. Romodanovskinin sözlərinə görə son zamanlar Rusiya gələnlərin sayında ciddi azalma müşahidə edilir.

İnterpress.az