Bakıda 83 min manatlıq dələduzluqla üzləşən İran vətəndaşı məhkəmədə dindirilibbackend

Bakıda 83 min manatlıq dələduzluqla üzləşən İran vətəndaşı məhkəmədə dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İnterPress.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İran vətəndaş Asfari Alirezani ifadə verib.

O bildirib ki, İrandan ailəsi ilə birlikdə Bakıya gəldikdən sonra S.Mirzəyeva ilə tanış olub.

A.Alireza qeyd edib ki, S.Mirzəyeva özünü ona hüquq-mühafizə orqanlarında çalışan şəxs kimi təqdim edib və vəsiqə də göstərib: \”2016-ci ildə əvvəl mənə Bakıda 3 otaqlı ev alacağını vəd etdi. Sonra guya mənə Azərbaycan vətəndaşı olmağıma köməklik edəcəkdi. Buna görə məndən 83 min 257 min manat pul aldı. Sonra Sevinc verdiyi vədə əmək etməyərək məni aldatdı\”.

Zərərçəkmiş ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib.

Məhkəmənin baxış iclası fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 83 min 257 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var. O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub.

S.Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı oıduğunu deyərək dələduzluq edib (report)

İnterPress.az