Ukraynada növbəti erməni təxribatı-ÖZƏLbackend

Ukraynada növbəti erməni təxribatı-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az DiasporPress-ə istinadən xəbər verir ki, fevralın 18-i Ukraynanın Lvov şəhərində keçirilən birinci \”Xocalı soyqırımının hüquqi aspektləri\” beynəlxalq seminranının təşkilatçısı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər departamentinin rəhbəri Şəhriyar Məhərrəmovun sahibi olduğu mağaza bu gün naməlum səbəbdən sökülməyə başlayıb.DiasporPress olaraq məsələ ilə bağlı Şəhriyar Məhərrəmovla əlaqə saxladıq.Əməkdaşımıza açıqlamasında gənc diaspor fəalı qeyd etdi ki, mağaza sənədlərində çatışmamazlıqlar olub lakin bu mağazanın sökülməsinə əsas vermir.\”Mənim mağazam olan ərazidə onlarla belə mağaza fəaliyyət göstərir hər birinə də mənim kimi xəbərdarlıq edilib onlarda mənim kimi sənədlərini qaydaya salmağa çalışırlar.Ancaq heç kimin yox bu tədbirdən sonra bir tək mənim mağazamın sökülməsi məndə bu məsələ də ermənilərin əlinin olmasına şübhə və ehtimal yaradır.”Hadisə ilə bağlı Şəhriyar Məhərrəmov Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə əlaqə saxlayıb.Səfirlikdən bildirilib ki, məsələdən xəbərdardırlar.Baş vermiş xoşa gəlməz hadisə araşdırılaraq ətraflı məlumat veriləcək və həmvətənimizə lazımı hüquqi dəstək göstəriləcək. Nəzərə alsaq ki, ermənilər bu ölkədə yetərincə istənilən vəzifələrdə, dövlət orqanlarında güc strukturlarında çalışır ehtimalların nə qədər real olduğunu görürük.

Ukraynada növbəti erməni təxribatı-ÖZƏL

Ukraynada növbəti erməni təxribatı-ÖZƏL

İnterPress.az