Bakıda gənc doğum günündə qəza törətdi – VİDEObackend

Bakıda gənc doğum günündə qəza törətdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, 1980-cı il təvəllüdlü Əhmədov Dunay Oruc oğlu yolu keçmək istəyərkən, 1996-cı il təvəllüdlü sürücü Məmmədov Ramil Vəliyyəddin oğlu tərəfindən avtomobillə vurulub.

Qeyd edilir ki, Dunay Əhmədov avtomobilinin yanacağı bitdiyindən onu yol kənarında saxlayıb, yolu keçib, yanacaqdoldurma məntəqəsindən yanacaq alıb. Geri qayıtmaq istəyəndə isə onu maşın vurub.

Sürücü piyadanı öz avtomobili ilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. D.Əhmədova kəllə-beyin travması, çənə və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

R.Məmmədovun dediyinə görə, bu gün onun doğum günüdür, 23 yaşı tamam olub.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az