Ağdamda yol qəzası olub, xəsarət alanlar var – VİDEObackend

Ağdamda yol qəzası olub, xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

İnterPress.az-ın məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, Əhliqar Azay oğlu Ağayevin idarə etdiyi “Opel” markalı 99 EP 445 dövlət qeydiyyat nömrəli avtomobil hərəkətdə olan zaman yol kənarındakı meşəliyə düşərək ağaclara çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ə.Ağayev və sərnişin – Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Hüseynov müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan \”Report\”a verilən məlumata görə, sürücü Ə.Ağayevin vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.(report)

İnterPress.az