Azərbaycanda yeni tanker suya buraxılıbbackend

Azərbaycanda yeni tanker suya buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin iyununda Azərbaycanda yeni “Laçın” neft tankeri istifadəyə veriləcək.

İnterPress.az-ın məlumatına görə, bu gün Bakı Gəmiqayırma Zavodundan tankerin suya salınma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov iştirak ediblər.

Hazırda tankerin korpusunun tikintisi tam başa çatıb.

Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir. Tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir. Gəmi ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Tankerin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

İnterPress.az