Komissar intihar etdibackend

Komissar intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda \”France3\” telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən silahlı hücumla bağlı işin araşdırılmasında iştirak edən Fransa polisinin komissarı Elrik Fredu özünü öldürüb.

Polis nümayəndəsi telekanala bildirilib ki, Fredu öz kabinetində tabel silahı ilə özünü vurub.

Komissar intihar etməzdən əvvəl jurnalın redaksiyasında həlak olanlardan birinin ailəsi ilə görüşüb.

Qeyd edək ki, Parisin 11-ci dairəsində yerləşən \”Charlie Hebdo\” satirik nəşrinin ofisi avtomat silahlardan atəşə tutulub. Hadisə nəticəsində 12 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Ölənlərin ikisi polis, 4-ü isə jurnalın rəssamı olub (ans).

İnterpress.az