Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıbbackend

Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İnterPress.az-ın xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda baş verib. H.İbadov pul üstündə tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Xatırladaq ki, N.İsmayılov karate üzrə müəllim və məşqçi olub.(report)

İnterPress.az