Münhendə atışma: ölənlər var – VİDEObackend

Münhendə atışma: ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Münhen şəhərində baş verən atışmada iki nəfər həyatını itirib.

İnterPress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, atışma haqda çağırışın daxil olmasından sonra Olmüllerştrasse tikinti meydançasında əməliyyat keçirilib. Polis iki nəfərin öldüyünü təsdiqləyib. Ölənlərdən birinin atışmaya səbəb olan şəxs olduğu bildirilir.

İlkin informasiyaya görə, atışmaya tikinti sahəsində fəhlələr arasında düşən mübahisə səbəb olub.

İnterPress.az