Güləşçilərimiz Macarıstanda Qran-pri turnirində iştirak edəcəkbackend

Güləşçilərimiz Macarıstanda Qran-pri turnirində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə \”Qran-pri\” keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, reytinq xarakterli turnirdə ölkəmizi 3 pəhləvan təmsil edəcək.

Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) Macarıstanda mübarizə aparacaq.

İnterPress.az