Deputat milli qəhrəmanın anasına yubiley keçirdi – FOTObackend

Deputat milli qəhrəmanın anasına yubiley keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə xanımın yubileyi qeyd olunub.

İnterPress.az xəbər verir ki, şəhid anasının 85 yaşı tamam olur.

Paytaxt restoranlarının birində baş tutan mərasimdə ölkənin tanınmış ziyalıları, sənət adamları, Qarabağ veteranları və şəhid ailələrinin nümayəndələri iştirak edib. Tədbirin təşkilatçısı Azərbaycan Kikboksinq Federasiyası Prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, Rəfiqə xanım onun polis işlədiyi dövrdə, xidmət apardığı ərazidə yaşayıb və indi də millət vəkili seçildiyi ərazinin sakinidir.

Deputat bildirib ki, Azərbaycanda şəhid ailələrinə yüksək səviyyədə qayğı var: \”Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, şəhid olan insanların ailələrinə hər zaman yüksək diqqət göstərib. İlham Əliyevin ötən il prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdu. Bu uzun illərdən bəri müzakirə predmetinə çevrilən, ən müxtəlif səviyyələrdə gündəliyə gələn prosesin başlanğıcı idi. Ölkə başçısı hesab edirdi ki, bu proseslərin icrası zamanı sosial ədalət hökmən nəzərə alınmalı və heç kim diqqətdən kənar qalmalı deyil. Bir müddət öncə Prezidentin şəhid ailələri ilə görüşü, onların problemlərini, qayğılarını birbaşa dinləməsi ölkə başçısının şəhid ailələrinə münasibət daha bir göstəricisi idi. Bizim hər birimiz də bu torpaq uğrunda canından keçən şəxslərin valideynlərinə xüsusi diqqət göstərməli, onların xidmətində dayanmalıyıq”.

Deputat milli qəhrəmanın anasına yubiley keçirdi - FOTO

Deputat milli qəhrəmanın anasına yubiley keçirdi - FOTO

Deputat milli qəhrəmanın anasına yubiley keçirdi - FOTO

Deputat milli qəhrəmanın anasına yubiley keçirdi - FOTO

İnterPress.az