Livanda dəhşətli terakt: 7 ölü, 20 yaralıbackend

Livanda dəhşətli terakt: 7 ölü, 20 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın dünya VİK-lərinə istinadən verdiyi xəbərə görə, Livanın şimalında yerləşən Tripoli şəhərində Şiələrin məşkunlaşdığı məhəlləyə bombalı hücum edilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

Belə ki, insanların kafeyə toplaşdığını görən kamikadze oraya daxil olaraq özünü partladıb. Nəticədə 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Hələlik baş vermiş terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.

İnterpress.az