Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıbbackend

Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda Sumqayıt şəhəri – H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.

İnterPress.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

“Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib”.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt – H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb

İnterPress.az