Kürdəmirdə yeni doğan qadın müəmmalı şəkildə öldübackend

Kürdəmirdə yeni doğan qadın müəmmalı şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə 19 yaşlı ana doğuşdan 15 dəqiqə sonra ölüb.

İnterPress.az xəbər verir ki, hadisə bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Carlı kənd sakini Novruzova Nuranə Sədrəddin qızı saat 14:00 radələrində xəstəxananın doğum şöbəsinə müraciət edib. Saat 16:30-da doğum baş verib və gənc ana 3 kilo 400 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Lakin doğuşdan 15-20 dəqiqə sonra gənc anada boğulma halı baş verib və qadın dünyasını dəyişib.

Həkimlərin sözlərinə görə, doğuşdan əvvəl və sonra qadının vəziyyəti yaxşı olub. Halı qəfildən pisləşib. Bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlayıb.

İnterPress.az