Rusiyada ana oğlunun tabutunu şəhər meriyasının qarşısına gətirdi – VİDEObackend

Rusiyada ana oğlunun tabutunu şəhər meriyasının qarşısına gətirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevraın 21-də Rusiyada qəribə insident baş verib.

İnterPress.az-ın xəbərinə görə, ana ölmüş oğlunun tabutunu Samara şəhər meriyasının qarşısına gətirib. Buna səbəb ananın oğlunu basdırmağa yer tapa bilməməsi olub.

Mərhumun yaxınları bildirblər ki, şəhərdə fəaliyyət göstərən məzarçılar şəbəkəsi ölülərin dəfn edilməsinə problemlər yaradır, məzar yerləri üçün böyük pullar tələb edirlər.

Mərhumun anası oğlunun dəfni üçün ondan 50 min rubl istənildiyini və buna imkanı çatmadığını deyib.

Məlumatda bildirilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları məsələni həll edə bilməyiblər. Axşam saatlarında meriya qarşısındakı meydan boşalıb. Ölənin yaxınlarının tabutu hara apardığı məlum deyil.

İnterPress.az