AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı açıqlanıbbackend

AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisi sədrliyinə Tekirdağdan olan deputat Mustafa Şentopun namizədliyini irəli sürüb.

İnterPress.az NTV televiziyasına istinadən xəbər verir ki, o, bu gün parlament sədrliyinə namizəd olması ilə bağlı sənədlərini təqdim edəcək.

Türkiyə Böyük Millət Məclisi sədrinin seçkisi fevralın 24-də eçiriləcək.

Qeyd edək ki, Mustafa Şentop 1968-ci il avqustun 6-da Türkiyənin Tekirdağ bölgəsində doğulub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Mərmərə Universitetində hüquq üzrə magistr və doktorluq elmi dərəcəsini alıb.

2012-2015-ci illərdə Ədalət və İnkişaf Partiyası sədrinin seçki üzrə müavini olub. İngilis və ərəb dillərini bilir. 4 uşaq atasıdır.

Türkiyə parlamentinin sədri Binəli Yıldırım İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün fevralın 18-də istefa verib. Böyük Millət Məclisi sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edir.

İnterPress.az