Donald Tramp ilə Kim Çen Inın sammitini 2600-ə yaxın jurnalist işıqlandıracaqbackend

Donald Tramp ilə Kim Çen Inın sammitini 2600-ə yaxın jurnalist işıqlandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hanoyda keçiriləcək ABŞ-KXDR sammitini işıqlandırmaq üçün indiyədək 2600-ə yaxın xarici jurnalist akkreditasiyadan keçib.

İnterPress.az xəbər verir ki, bu barədə \”Sinhua\” agentliyi məlumat verib.

\”Vyetnam hökuməti jurnalistlərin sammitdə uğurlu fəaliyyəti üçün bütün lazımi səyləri göstərəcək\”, – Vyetnam xarici işlər nazirinin müavini Le Hoay Çunq Hanoyda keçirilən mətbuat konfransında bildirib.

O xatırladıb ki, Vyetnamın Baş naziri Nquen Suan Fuk ölkənin nazirlik və qurumlarına ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasındakı sammitdə təhlükəsizliyin təmin edilməsi və ümumilikdə sammitin uğurlu keçməsi üçün bütün zəruri addımları atmağı tapşırıq verib.

Qeyd edək ki, Donald Trampla Kim Çen In arasındakı görüş fevralın 27-28-də Hanoyda keçiriləcək.(report)

İnterPress.az