Bakıda sərnişin avtobusu yanıbbackend

Bakıda sərnişin avtobusu yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, yanğın 176 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olub: “Avtobusda nasazlıq yarandığı üçün təmirə göndərilib. Təmirə gedən zaman yolda yanğın başlayıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb. Sürücü də dərhal nəqliyyat vasitəsini tərk edib. Xəsarət alan olmayıb”.

***

Bu gün Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın olub.

İnterPress.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonunda Xocahəsən qəsəbəsindən \”Sədərək\” ticarət mərkəzinə gedən yolda baş verib.(report)

İnterPress.az