Bu il 600 kəndi birləşdirəcək 1000 kilometrlik yol bərpa ediləcəkbackend

Bu il 600 kəndi birləşdirəcək 1000 kilometrlik yol bərpa ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanda 1000 kilometrdən artıq kənd yolu bərpa ediləcək.

İnterPress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında \”Azərbaycan Avtomobil Yolları\” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bərpa ediləcək yollar kəndi birləşdirəcək: \”Bununla yanaşı, bu il Bakı şəhərində 13 layihəmiz var. Həmin layihələr Bakı şəhərini kənd və qəsəbələrlə birləşdirən yolların yenidən qurulması ilə bağlıdır. Bu il də Bakı şəhərində yeraltı və yerüstü keçidlər tikiləcək. Bu layihələrin hamısı ilin sonuna qədər yerinə yetiriləcək və həmin yollar istifadəyə veriləcək\”.

İnterPress.az