Moldova Prezidenti hazırlanan sui-qəsdlə bağlı anonim məktub alıbbackend

Moldova Prezidenti hazırlanan sui-qəsdlə bağlı anonim məktub alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın dövlət başçısı İqor Dodona ünvanlanan və mətnində fevralın 24-də keçiriləcək parlament seçkilərindən sonra ona qarşı sui-qəsd olacağı ilə bağlı xəbərdarlığın yer aldığı anonim məktub ölkə mətbuatında dərc edilib.

İnterPress.az xəbər verir ki, Prezident Administrasiyasından məktubun həqiqi olduğunu təsdiqləyiblər, amma bu barədə əlavə şərh verməkdən imtina ediblər.

\”Cənab Prezident, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, V.Plaxotnyuk (parlamentə nəzarət edən Moldova Demokratik Partiyasının lideri Vladimir Plaxotnyuk – red.) tərəfindən sizə qarşı seçkilərdən dərhal sonra sui-qəsd hazırlanır. Onun əsas məqsədi növbəti parlamentdə sosialistlər fraksiyasını başsız qoymaqdır\”, – \”Arqumentı i faktı v Moldove\” qəzeti məktubun mətnini çap edib.

Məktubda qeyd edilir ki, icarçı kriminal dünyadan olan bir şəxs olmalıdır. Müəllif hesab edir ki, bu məktubun dərc edilməsi cinayəti planlaşdıran insanları dayandırmalıdır.

İnterPress.az