Meşə idarəetmə sistemi müasirləşdiriləcəkbackend

Meşə idarəetmə sistemi müasirləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur.

İnterPress.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

S.Salmanovun sözlərinə görə, yeni hazırlanan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı meşələrin dayanıqlı istifadəsi üzrə dünyada tətbiq olunan doqquz meyar əsas götürülüb.

Sektor müdiri qeyd edib ki, Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Proqram hər biri 5 il olmaqla, 2 mərhələdə həyata keçiriləcək.

O əlavə edib ki, Milli Meşə Proqramının icrası nəticəsində ölkənin ümumi davamlı inkişafına töhfə verən tələblərin dəyişməsinə və gələcək ehtiyaclara xüsusi diqqət yetirərək meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək, ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün müvafiq siyasətlər və strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək, maraqlı tərəfləri sıx əməkdaşlıq etməyə, planlaşdırma, icra, nəzarət, monitorinq və qiymətləndirmə işlərinə iştiraka təşviq etmək, meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək, meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə vermək kimi məqsədlərə nail olmaq nəzərdə tutulur.

İnterPress.az