Zaqatalada iki avtomobil toqquşdu – Ölən varbackend

Zaqatalada iki avtomobil toqquşdu – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonunun Göyəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi “Mercedes” və E.Qədimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

İnterPress.az