Bakıda küçədə kişi meyiti tapılıbbackend

Bakıda küçədə kişi meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi meyit tapılması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, M.Muxtarov küçəsində 45-50 yaşlarında, üzərində heç bir zorakılıq əlaməti olmayan naməlum kişi meyiti aşkar edilib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

***

Bakıda küçədə kişi meyiti aşkarlanıb.

İnterPress.az xəbər verir ki, Səbail rayonu, M.Muxtarov küçəsi ev 2-nin qarşısında, təxminən, 45-50 yaşında naməlum kişi meyiti tapılıb.

Onun şəxsiyyətinin müəyyən edilməsi və ölümünün səbəbinin aşkar edilməsi istiqamətində araşdırma aparılır.(report)

İnterPress.az