Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıbbackend

Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.

İnterPress.az xəbər verir ki, fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşylarının oğurlandığını bildirib.

Nizami RPİ-nin apardığı araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov olduğu müəyyən edilib. R.Sadıxov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az