Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilibbackend

Venesuela-Braziliya sərhədində sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.

İnterPress.az xəbər verir ki, hadisə pemon xalqının sakinlərinin hərbçilərin sərhəddəki hərəkətinə mane olmağa çalışması zamanı baş verib. Hərbçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə şəhərin yollarında barrikadaların təsvir olunduğu şəkillər paylaşılıb.

Bu arada San Fransisko de Yuruani şəhərində isə oxşar səbəbdən hərbçilər onların sərhədə doğru hərəkətinə mane olmaq istəyən yerli sakinlərə atəş açıb, nəticədə 2 nəfər ölüb, 14 nəfər də yaralanıb. Hərbçilərin komandiri, general Xose Miquel Montoya da mülki sakinlər tərəfindən girov götürülüb.

İnterPress.az