Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıbbackend

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb.

İnterPress.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının əməkdaşları Qeqarkunik rayonu hərbi komissarının müavini A.P.-ni vətəndaşın hərbi biletinə qanunsuz qeyd etmək üçün böyük məbləğdə rüşvət aldığı zaman saxlayıblar.

Faktla bağlı yayılmış məlumatda bildirilir ki, 2019-cu il fevralın 11-də hərbi komissarın müavini hərbi biletinə yalan məlumatlar əlavə etmək məqsədilə hərbi mükəlləfiyyətli vətəndaşdan 1000 dollar məbləğində rüşvət tələb edib. Fevralın 19-da keçirilmiş əməliyyat zamanı məmur həbs edilib, onun və hərbi komissarlığın daha bir əməkdaşının barəsində cinayət işi qaldırılıb.

Ermənistanda daha bir yüksəkvəzifəli məmur – Qida Təhlükəsizliyi Xidmətinin Şirak rayon idarəsinin rəisi Anuş Mnatsakyan da saxta ərzaq məhsullarına sertifikat vermək üçün rüşvət aldığına görə həbs olunub.

İnterPress.az