Nigeriyada seçki günü silsilə partlayışlar törədilibbackend

Nigeriyada seçki günü silsilə partlayışlar törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqindəki Borno ştatının mərkəzi Maiduquri şəhərində bir neçə partlayış baş verib.

İnterPress.az xəbər verir ki, partlayışlar ölkədə bu gün keçirilən prezident və parlament seçkiləri çərçivəsində səsvermənin başlanması ərəfəsinə təsadüf edib.

“Al Jazeera”nın məlumatına görə, səsvermə başlamasına, təqribən, iki saat qalmış şəhərdə 7 partlayış qeydə alınıb.

Qeyd edək ki, Maiduquri şəhəri daha əvvəl dəfələrlə “Boko Haram” terrorçu təşkilatının hücumlarına məruz qalıb. “Boko Haram” seçkiləri pozacağını açıqlayıb.

Xatırladaq ki, əvvəlcə fevralın 16-na təyin olunmuş seçkilər Nigeriya Müstəqil Milli Seçki Komissiyası (İndependent National Electoral Comission – İNEC) tərəfindən ayın 23-dək təxirə salınıb.

İnterPress.az